Maraqlı

Bankda işləməyə şəriətimiz icazə verirmi?

11 Avqust 2018 22:20
1 Şərh     Baxış: 647

Bank fəaliyyətində haram olan sahələr əsasən, riba (sələm) ilə bağlıdır. Dinimizdə sələm qəti olaraq haram sayılır. Sələm vermək, sələm almaq, bu prosesdə vasitəçilik etmək günahdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, ona görə də bankların sələmlə bağlı fəaliyyət sahələrində çalışmaq dinimiz baxımından icazəli deyil. Bura əsasən, bankın sələm əməliyyatlarını qeydə almaq, bu işdə şahidlik etmək, sələmi müştərilərdən təhvil almaq kimi işlər daxildir. Bu sahələrdə işləmək günahdır və bundan məvacib almaq haramdır. Lakin bankın sələmlə bağlı olmayan digər fəaliyyət sahələrində işləmək icazəlidir.

Onu da nəzərə almaq lazımdır ki, bu gün bankların işlədiyi kredit sisteminin heç də hamısı sələm sayılmır və bu barədə müasir fiqhdə geniş mövzu var. Maraqlananlar ora müraciət etməlidir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Rauf · 13 Avqust 12:4700

    Bank kredit verib faiz almasa, ondan bank olmur. Komissiya ilə bank saxlamaq olmur monopoliya olmasa.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.