Maraqlı

Hansı bürc yalan danışmağın ustasıdır?

11 Avqust 2018 22:45
11 Şərh     Baxış: 15 586
Hansı bürcün yalandan xoşu gəlmir, hansı bürc yalan danışmağın ustasıdır?
 
Kimsə məcbur olduğu üçün yalan danışır, kim isə yalana öyrəşib, başqa bir insan isə yalandan xoşu gəlməsə də daha yaxşı olacağını fikirləşdiyi üçün yalana əl atır. Bəs ayrı-ayrı bürclərin yalana münasibəti necədir?
 
Qoç
 
Yalan danışmağı sevməyən və bacarmayan qoçların, yalan danışmağından şübhələnərsəniz bir az üstünə getməklə hər şeyi aşkarlaya bilərsiniz. Çünki onların, nə müdafiə olunmağa, nə də durub uzun-uzun yalanlar quraşdıracaq vaxtları yoxdur.
 
Buğa
 
Həmişə dəbdəbəyə və pula düşkün olan buğaların, zəif nöqtələri budur. Əgər onlardan soruşsanız ki, "pulun var?" cavabı "xeyr" olacaq. Amma mütləq onun kənarda pulu var və sizi aldadır. Diqqətlə yanaşın.
 
Əkizlər
 
Yalanını tutmaq ən çətin olan bürclərdən biri əkizlərdir. Çünki razı salmaq qabiliyyəti çox yaxşıdır. Yalanı ilə üzləşdiyiniz zaman yaratdıqları hekayələr ilə sizi çaşdıracaq. Bu qədər inandırıcı ola bilməkləri sizi qorxuda bilər.
 
Xərçəng
 
Yalanı sadəcə vəziyyəti daha yaxşıya doğru dəyişmək üçün istifadə etməyi fikirləşən xərçənglər, danışdıqları yalanın vəziyyəti yaxşılaşdırmadığını görəndə özləri də üzülür. Nəticədə narahat edici həqiqətlər qısa müddətdə ortaya çıxır.
 
Şir
 
Yalanı əyləncənin bir hissəsi hesab edən şirlər üçün hekayəni qurmaq və oynamaq əsasdır. Siz dinlədikcə, o inkşaf etdirəcək və dəyişəcəkdir. Sizə təkcə alqışlamaq və nəfəs almadan izləmək qalacaq.
 
Qız
 
Yalanı ən az sevən bürclərdən biridir. Buna görə danışdığı yalanlar ümumiyyətlə həqiqətə yaxın yalanlardır. Ya həqiqəti yüngülləşdirib gizləyərək yalan danışırlar ya da çox da əlaqəli olmayan mövzularda yalanlar danışaraq həqiqətdən uzaqlaşırlar.
 
Tərəzi
 
Yalan danışmaq cəhətdən qabiliyyətli olan tərəzilər, sizə yalan danışarkən onları yaxalamaqda əziyyət çəkəcəksiniz çünki yaraşıqlı görünüşü və gülən gözlərinə görə ondan belə şeylər gözləməyib, yanılacaqsınız.
 
Əqrəb
 
Yalan danışmaq istəməyib amma yalan danışmağa vadar olan əqrəblər, ümumiyyətlə ən çox cinsi münasibətlərlə bağlı yalan danışırlar. Yalan danışmağı bacarmaq üçün əllərindən gələni edirlər ancaq yalanının üstü tez açılar. Ümumiyyətlə qərarsız adamdırlar.
 
Oxatan
 
Yalan danışmağı xoşlamayan və hətta incidici dürüstlükləri ilə tanınan oxatanlar, yalan danışanda çıxıb getməyi xoşlayırlar. Əslində danışdıqları yalanların da böyük hissəsi həqiqəti özündə əks etdirir.
 
Oğlaq
 
Əgər oğlaqlar sizə yalan danışıbsa, onsuzda onun özü də bundən narahat olur, ətrafda gəzişməyə başlayırlar. Demək istədikləri nəsə var kimi elə bil nəsə yarım qalıb kimi davranırlar. Buna görə də yalanını tutmaq asandır.
 
Dolça
 
Dolçalar əsasən gələcəyə dair yalanlar danışırlar. Təxmin edərkən ya da özü barədə planlar qurarkən danışdığı yalanlar da demək olar ki, qüsursuzdur çünki yaradıcı qabiliyyətləri çox yaxşıdır.
 
Balıqlar
 
Sadəcə başqalarının yaxşılığı üçün yalan danışan balıqların, bu sadəlöv düşüncələrinə görə əsəbləşsəniz də ona hirslənməzsiniz, çünki bu vəziyyətin sizin yaxşılığınız üçün olduğuna o qədər çox inanırlar ki,ona qıya bilməzsizniz.

Milli.Az

loading...

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Çiçək · 11 Avqust 22:4925

    En ideal burcdu da qoç:) dupeduz

    Cavab yaz
  • Anonim
    Esra Ibrahimli(Samaxi) · 11 Avqust 22:5057

    Qoclar dubbeduz Hec vaxt yalan danismaz Men deyerdim en yalanci bürc Buqadi Etrafimdaki Buqa burcluler gopalogiya elmleri doktorlaridi

    Cavab yaz
    • Anonim
      Elshen · 12 Avqust 03:2640

      Demeli menim qarshima sizin kimi qoc,sizin qarshiniza menim kimi buga cixmayib.

      Cavab yaz
    • Anonim
      Kama · 12 Avqust 09:1070

      İnsanları burclere gore tanımayın bu qaraskop ehtımallardı heqiqet deyil, yer uzerınde Allah ne qeder insan yaradıbsa o qederde xarakter yaradıb, mılyonlarla insan var hec bırının el cızgılerı eynı deyil

      Cavab yaz
    • Anonim
      buğa · 12 Avqust 17:3702

      buğa bürcündəki insanların daşı düşsün sənin boş təpənə

      Cavab yaz
  • Anonim
    Nina · 12 Avqust 00:3520

    En paxil burc baliq burcunun qadinlaridi, etrafimda ne qede baliq burclu qadinlar var hamsi eledi, paxil iki üzlü, iki iz az oldu 4-5desek daha doğru olardı

    Cavab yaz
  • Anonim
    orxideya · 12 Avqust 06:1730

    Oxatan düz )))

    Cavab yaz
  • Anonim
    kamiya · 12 Avqust 11:5810

    kama sana halaldi gorunur cox savatli qizzsan sani tanisaydim hara isdasaydin yay vaxtidi sani istirahata yoluyardib ancaq savadva gore burclar aniktota banzayir vallah bu beladi.

    Cavab yaz
    • Anonim
      Aysu · 12 Avqust 15:1340

      Cahillik cefengiyyatdi hamisi insani burce gore secmezler xeste tefekkur du

      Cavab yaz
  • Anonim
    Oxucu · 12 Avqust 15:3010

    COx sehvdi

    Cavab yaz
  • Anonim
    Farid · 12 Avqust 22:4600

    Ekizler burcunu terifleyen qiz yoxdu, hamisi pisleyir))

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.