Maraqlı

Bürclərə görə nikahınızı QORUMAĞIN YOLLARI

11 Avqust 2018 22:15
0 Şərh     Baxış: 1 699

Astroloqlar və psixoloqlar hər bürcün xarakterinə görə nikahı qorumağın yollarını araşdırıb.

Milli.Az publika.az-a istinadən zodiak işarələrinə görə, münasibətləri uzunömürlü edən tövsiyələri təqdim edir:

Qoç

Siz sadəcə olaraq çoxdan yerinə yetirməli olduğunuz düzəlişlər və radikal dəyişikliklər etməlisiniz. Bilməlisiniz ki, münasibətlər həmişə yuxarı doğru qalxır və siz ən yüksək zirvəyə nail olmalısınız! Hər şey dözülməz olmağa başlayanda kəskin dəyişikliklər həqiqətən də yerinə düşür.

Buğa

Maneələri aradan qaldırmaq üçün qarşı tərəfi inandırmağı bacarmalısınız. Siz çox inadkarsınız. Məhz buna görə də tez-tez problemləriniz yaranır. Kompromisə getmirsiniz. Həyat yoldaşınızın eyni rəftarı göstərməsi sizdə ona qarşı nifrət hissi oyadır. Nikahı xilas etməyin yeganə üsulu odur ki, həyat yoldaşınız sizə istədiyinizi versin.

Əkizlər

Əgər bir-birinizlə daha çox vaxt keçirsəniz, nikahınızı qoruyub saxlaya bilərsiniz. Siz həyat yoldaşınızdan asanlıqla ayrılmağa çox meyillisiniz. Amma o, diqqətinizi cəlb edə bilsə və sizinlə çox vaxt keçirsə, hər şey yaxşı olacaq!

Xərçəng

Nikahınızı xilas etmək öz əllərinizdədir, bunun üçün sadəcə olaraq bütün fikrinizi özünüzə və öz partnyorunuza cəmləyin.

Şir

Bu bürclərin nikahının uzunömürlü olması qarşı tərəfin onları daim tərifləməsindən və xoş sözlər deməsindən asılıdır. Məsələ ondadır ki, Şir bürcləri tərif eşitmədən yaşaya bilmirlər. Sevdiyi adamdan güclü və lider olduqlarını hiss etmək onlara hava və su kimi lazımdır.

Qız

Qızların nikahını ancaq ciddi və dərin söhbətlər möhkəmləndirə bilər. Siz çox intellektual varlıqsınız. Və ümumiyyətlə, sizin üçün münasibətlərdə problemləri həll etməyin ən yaxşı üsulu məntiq və səmərəliliyi mükəmməl səviyyəyə çatdırmaq olar. Bu barədə danışın və müxtəlif nöqteyi nəzərdən problemlərinizi öyrənin!

 

Tərəzi

Nikahınızı kompromis xilas edəcək. Münasibətlərdə harmoniya əldə etmək üçün siz həmişə bütün mümkün olanı edirsiniz. Yaxşı bilirsiniz ki, nikahı kompromis və qurbanlar vermədən qorumaq mümkün deyil.

Əqrəb

Əgər qarşı tərəfə özünü ifadə etməyə imkan verə bilsəniz, münasibətləriniz yoluna düşəcək. Çünki onun sizə həqiqətən də etibar edə biləcəyini hiss etməsi lazımdır.

Oxatan

Sizin nikahınızı birgə davam edən səyahətlər qoruyacaq. Nə qədər çox gəzsəniz və səyahət etsəniz, bir-birinizə bir o qədər yaxın olacaqsınız. Nə qədər qəribə olsa da, yad ölkədə olarkən daha çox rahatlıq tapırsınız.

Oğlaq

İkiniz üçün bir rutin hazırlamaq lazımdır. Siz məşğul adamsınız. Siz - xəyalpərəst və zəhmətkeşsiniz. Buna görə də bütün həyatınızı mütləq planlaşdırmalısınız, hətta romantik görüşləri.

Dolça

Həyəcanverici görüşlər planlaşdırmaq üçün çox vaxt və səy sərf etməlisiniz. İcazə verməməlisiniz ki, darıxdırıcı monotonluq münasibətlərinizi pozsun. Çünki bu, ruhi vəziyyətinizə pis təsir göstərir. Odur ki, həyatınızda nələrisə dəyişdirmək üçün cəhd edin!

Balıq

Əgər siz həqiqətən də nikahınızı qorumaq istəyirsinizsə, bir-birinizin emosiyalarını duymalısınız. Siz öz "kiçik dünyasında" çox vaxt keçirən dərin emosional insansınız. Problemi aradan qaldırmaq üçün öz hisslərinizi ifadə etməyi bacarmalısınız. 

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.