Maraqlı

Sosial şəbəkələrə görə şəxsiyyət müəyyənləşəcək

11 Avqust 2018 08:41
0 Şərh     Baxış: 969

"Google" şirkəti sosial şəbəkələrə görə şəxsiyyəti müəyyənləşdirən sistem üçün patent hüququ alıb.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, patentin təsvir olunduğu sənədlərə görə, istifadəçi "Google Images" servisinə insanın fotoşəklini yüklədikdən sonra süni intellekt onun bütün sosial şəbəkə profillərini (o cümlədən gizlədilənləri), əsl adını, ev ünvanını, iş yerini və sevimli məşğuliyyətini tapacaq. Ekspertlərin fikrincə, sistem istənilən şəxsə izləmə təşkil etməyə və insanların azadlığını pozmağa imkan verəcək.
 
Məlumata görə, servisin xüsusi xidmət orqanlarının sifarişi ilə hazırlanacağı ilə əlaqədar məhsulun final versiyasının buraxılmayacağı gözlənilir.  
 
Axtarış sistemi təkcə fotoşəkil və məlumatları nəzərə almayacaq, eyni zamanda şəxsi potensial ümumi dostları və ya maraqları olan digər insanların profillərində axtaracaq. "Google" mühəndislərinin qənaətinə görə, süni intellekt insanı 100 faiz dəqiqliklə müəyyənləşdirə biləcək.

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.