Maraqlı

Əcnəbi gənclər Bakıda həm ifa etdilər, həm də qazandılar - ViDEO - FOTO

9 Avqust 2018 17:46
0 Şərh     Baxış: 3 044
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az xəbər verir ki, Bakının Filarmoniya bağında ölkəmizə turist kimi gələn iki əcnəbi gəncin gitara ilə ifası ətrafdakıların marağına səbəb olub. Gənclərdən biri Belarus, digəri isə Almaniyadandır. Onların hər ikisi müxtəlif ölkələri piyada gəzərək, bəzən də avtostopla səyahət edirlər. Bakıda isə onlar elə Filarmoniya bağında rastlaşıblar. Alman gənc bağda gitarada ifa edən birini görüncə ona yaxınlaşıb və onun birgə ifa etmək istədiyini bildirib. İki gəncin müvəqqəti tanışlığı də belə başlayıb.

Belarusun Qrodno şəhərindən gələn 28 yaşlı Vitali Milli.Az deyib ki, o, müxtəlif mədəniyyətlərlə tanış olmağı sevir: "Avtostop vasitəsilə müxtəlif  ölkələri səyahət edirəm. Öz gitaramı da özüm ə götürürəm, istəyəndə ifa edirəm. Bu mənim həm hobbim, həm də qazanc yolumdur".

Belaruslu gənc Bakıya iyulun 30-da gəlsə də, deyir ki, hələ şəhər haqqında o qədər də geniş təsəvvürü yoxdur: "İnsanlarınız çox mehribandırlar, amma  bəzən mən bunun əksini də görürəm. Ümumilikdə paytaxtınızda yaxşı şeylər çoxdur. Hələ ki, yalnız Bakıda olmuşam, sonra digər bölgələri də görməyi planlaşdırıram. Düşünürəm ki, başqa şəhərlərdə olandan sonra Azərbaycan haqqında fikirlərimi tam söyləyə biləcəm".

29 yaşlı almaniyalı Andresin isə Azərbaycanla tanışlığı Kürdəmir rayonundan başlayıb. Turist deyir ki, Kürdəmirdə hava çox isti  olduğundan o, Azərbaycanı dərhal tərk etmək istəyib, lakin Bakıya gələndən sonra fikrini dəyişib:

"Qərara aldım ki, avtostopla müxtəlif ölkələrə səyahətə çıxım. Bir gündür ki, ölkənizdəyəm. Burada ilk dəfə Kürdəmirdə oldum və istilərlə əlaqədar fikirləşdim ki, buranı tezliklə tərk etməliyəm. Bakıya gəlib buradan Türkmənistan və digər Orta Asiya ölkələrinə səyahəti planlaşdırırdım. Paytaxtınızı görəndən sonra isə fikrimi dəyişdim. Hələ ki, mən hər yeri gəzməmişəm. Amma burada maraqlı yerlər məni cəlb edir. Tarixi abidələr və müasir tikililər gözəldir. Düşünürəm ki, buraları gəzmək üçün bir neçə gün də qalacam. Sizin milli mətbəxinizdən olan yeməklər də məni maraqlandırır. Tezliklə onların dadına baxmalıyam. Gitarada ifa etmək isə sadəcə xoşuma gəlir".

Qeyd edək ki, gənclər ifaları yekunlaşdıqdan sonra ayrılaraq, Bakı gəzintisinə davam ediblər.

Videonu izləmək üçün şəklə klikləyin:
Almaniyalı gəncin ifası - 1

Almaniyalı gəncin ifası

Afaq Rza
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.