Maraqlı

Bu dünya ulduzunun sevgilisi türk imiş - FOTO

10 Avqust 2018 07:48
0 Şərh     Baxış: 3 108
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur dünya ulduzu Lindsey Lohanın bir türklə sevgili olduğu üzə çıxıb.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu barədə məlumatı Türkiyənin "Günaydın" qəzetinin jurnalisti Bülent Cankurt verib:

"Ötən həftə dostum Murat Aslan Lindsey Lohanla görüşdüyünü dedi. Murat keçən il 8 illik həyat yoldaşı Beyza Uyanoğludan boşanıb. Onun dediyinə əvvəlcə inanmadım. Amma sonradan Adriana Lima və Metin Hara sevgisini yadıma saldım. Sonra İnstaqrama baxdım. Lindsey Lohanın bir fanatındakı fotolar Murat Aslanla Lindseyin sevgili olduğunu üzə çıxarır".

Hər yerdə Türkiyənin suriyalı qaçqınlara qucaq açmasını tərifləyən və tez-tez Türkiyədəki düşərgələrə baş çəkən Lindsey ilə Muratın hansı şəraitdə və nə vaxt tanış olduğu bilinmir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.