Maraqlı

Dünyanın ən bahalı avtomobili satışa çıxacaq - 17,5 milyon dollara - FOTO

10 Avqust 2018 07:07
0 Şərh     Baxış: 3 785

"Pagani" şirkəti dünyanın ən bahalı avtomobilini satışa çıxarmağa hazırlaşır.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, bu model "Pagani Zonda HP Barchetta" adlanır və cəmi 3 ədəd istehsal edilib. Mühərrik gücü 789 at gücü olan avtomobilin satış qiyməti isə 17,5 milyon dollardır.

Hazırda "Pagani Zonda HP Barchetta" dünyanın ən bahalı avtomobili kimi qəbul edilir. Keçən il satışa çıxarılan və 13 milyon dollara satılan "Rolls-Royce Sweptail" modelinin rekordunu "Pagani" yenilədi.

Yeni model 6 litr həcmli, tvinturbolu, V12 tipli mühərriklə təchiz edilib. 789 at gücü olan mühərrik 6 pilləli mexaniki sürətlər qutusu ilə işləyir. Yerindən 100 km/saat sürəti 3.1 saniyəyə əldə edir. Maksimal sürət isə 388 km/saatdır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.