Maraqlı

"İçinə cin girdi" deyib qızı 15 il mağarada saxladı

10 Avqust 2018 07:28
0 Şərh     Baxış: 2 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziyanın Sulavesi adasında 13 yaşında qaçırılıb 15 il mağarada əsir tutulan qadını polis xilas edib.

Milli.Az "ölkə.az"-a istinadən bildirir ki, hadisə ilə bağlı 83 yaşlı bir sehrbaz saxlanılıb. Jaqo ləqəbli sehrbaz loğman olduğunu iddia edir və insanların içinə girən cini çıxardığını deyir. Əgər onun günahı sübuta yetirilsə, 15 illik həbsə məhkum ediləcək.

Polisin xəbərinə əsasən, ailəsi 2003-cü ildə adı açıqlanmayan qızlarını müalicə üçün Jaqonun yanına aparıb. Jaqo bildirib ki, uşağın içinə cin girib və qız evi tərk edib onunla gəlməlidir. Bir neçə aydan sonra qızlarını axtaran ailəyə onun Cakartaya getdiyini deyib. Amma qızı tapmaq mümkün olmayıb. Jaqo qıza müntəzəm olaraq "içinə cin girib" deyərək mağarada saxlayıb. O, qızı dəfələrlə zorlayıb.

Polis isə yerli qəzetdəki xəbərdən sonra hərəkətə keçərək Jaqonun evinin yanındakı mağaradan 28 yaşlı qızı tapıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.