Maraqlı

Uğursuz plastik əməliyyatın eybəcərləşdirdiyi ulduzlar - SİYAHI - FOTO

12 Avqust 2018 19:24
0 Şərh     Baxış: 3 417

Plastik əməliyyat insanın xarici görünüşünü dəyişir, daha cəlbedici edir. Amma bir çox hallarda plastik əməliyyat uğursuz olur. Günümüzdə daha çox ulduzlar, səhnə adamları, sənət adamları plastik əməliyyatlara müraciət edirlər.

Milli.Az "ölkə.az"-a istinadən plastik əməliyyatın daha da eybəcərləşdirdiyi ulduzların siyahısını təqdim edir.

Silvestr Stallone

Silvestr uzun müddət plastik əməliyyatlar barədə susdu. Amma 1990-cı illərin ortasında artıq üzünü dartdırdığı məlum oldu. 2009-cu ildə isə aktyor bir sıra plastik əməliyyat keçirdiyini etiraf etdi. Dəfələrlə botoksa qaçan Stallone hələ də plastik əməliyyatlardan istifadə edir.

Cennifer Qrey

"Çirkli rəqslər" filmi ilə tanınan, standartlara uyğun olmayaq xarici görünüşü və donqar burnu ilə Cennifer çox populyar ola bilməzdi. Sifət cizgilərini bəyənməyən Cennifer plastik əməliyyat qərarına gəlir. Burun düzəldi, amma xarici görünüşü elə dəyişdi ki, aktrisanı qohumları, pərəstişkarları, prodüserlər tanımadı. Çəkiliş təklifləri dayandı.

Kim Novak

1950-ci illərdə Hiçkokun filmi ilə karyerasına başlayıb. Vaxtilə gözəl sarışın olan Kim itirilmiş gəncliyini qaytarmağa çalışsa da, uğursuz olub. Onun dərisi və üzü eybəcər hala düşüb, burnu tanınmaz haldadır.

Mikki Rurk

Aktyor və boksçu plastik əməliyyatlara olan marağı ilə də məşhurdur. Əsasən boksçu keçmişindən qalan zədələri qaydaya salmağa çalışır. Burnu 5 dəfə əməliyyat olunub. Amma yenə də istənilən nəticəni almayıb.

Meq Rayan
Gənclik illərində Meq Hollivudun ən gözəl aktrisalarından idi. İllərlə üz cizgiləri dəyişdi və Meq plastik cərraha müraciət etdi. Dodaqları böyüdülən aktrisanın gülüşü kloun gülüşünü xatırladır. Sonra isə Meq üzü və dərisini də plastik əməliyyat etdirdi. Amma effekt ala bilmədi.

Con Travolta

Pərəstişkarları onu yanağındakı çökəyinə görə də sevir. Amma bir sıra plastik əməliyyat keçirən Travolta tanınmaz hala düşdü. Gözləri balacalaşdı, burnu böyüdü. Bundan başqa qırışları itirmək üçün də botoksdan istifadə etdi.

Melani Qriffit

Vaxtilə xarici görünüşü ilə sevilirdi. Yaşlandıqca plastik cərraha müraciət edərək təravətini qorumaq istədi. Amma hazırda Melanini tanımaq çox çətindir. İlk uğursuz əməliyyat burun əməliyyatı olub. Sonra isə dodaqlarına əl gəzdirdi.

Kortni Koks

"Dostlar" serialının ulduzu bildirib ki, təbii qocalma prosesi ilə barışıb və plastik əməliyyatdan yan keçəcək. Amma son fotoları bunun əksini sübut edir. Aktrisa qırışlarına "əl gəzdirib", dərisini dartdırıb və blefaroplastikadan istifadə edib.

Madonna

Pərəstişkarları əmindirlər ki, Madonnanın gözəlliyi təbiidir. Müğənni də plastik cərrahiyədən istifadə etmədiyini deyir.  O, deyir ki, sağlam həyat tərzi sürür, qidalanmaya fikir verir, idmanla məşğul olur. Amma görünən odur ki, aktrisa plastik cərrahlara gizli şəkildə müraciət edir. Dərisi dartılıb, rinoplastika edilib. Bundan başqa sinəsini də böyüdüb.

Liza Rinna

Bir sıra serialların qəhrəmanıdır. O, heç vaxt plastik əməliyyat olunmayacağını demişdi. Çünki zamanında dodaqlarını bərbad hala salıb. Amma bununla belə, yenə də cərrahların xidmətindən istifadə edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.