Maraqlı

Məşhur tibb universiteti saxtakar çıxdı - FOTO

9 Avqust 2018 13:51
1 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan Tokio Tibb Universiteti ilə bağlı böyük qalmaqal yaşanır.

Universitetin 2006-cı ildən bəri qəbul imtahanlarının nəticələrini saxtalaşdırdığını, tələbələr arasında qızların sayını bu minvalla minimuma endirməyə çalışdığı bəlli olub.

Milli.Az Yomiuri-yə istinadən bildirr ki, qəbul imtahanlarında xanım abiturientlərin ballarının bilərəkdən, qəsdən azaldılması faktları daxili araşdırma nəticəsində təsdiqlənəndən sonra universitet rəhbərliyi mətbuat konfransı keçirərək üzr istəyib.

"Universitet həkimlər arasında kişilərin mümkün qədər çox olmasına çalışıb. Sən demə, Tokio Tibb Universitetinn rəhbərliyinin fikrincə, qadınlar ərə gedib uşaq dünyaya gətirəndən sonra karyeralarını onsuz da başa vuracaqlar",  - Yaponiya mediası yazır.

Bu ilki qəbul imtahanlarında Tokio Tibb Universitetində xanım abiturientlərin tam əksəriyyətinin balları kəsilib. Kişi abiturientlərin hamısının imtahan nəticələri isə ən azı 20 bal artırılıb.

Sadəcə, test imtahanlarından 4 dəfə dalbadal pis nəticə alanlar universtitetə qəbul ola bilməyiblər. Məsələn, Yaponiya Təhsil Nazirliyinin məmurunun oğlu dalbadal 3 dəfə test imtahanı verəndən sonra universitet rəhbərliyi ona 20 əlavə bal yazıb və nəticədə, məmur oğlu tələbə olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.