Maraqlı

Çimərlikdən qum götürdüyünə görə fantastik məbləğdə cərimə ödədi

10 Avqust 2018 07:35
0 Şərh     Baxış: 1 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın çimərlikləri ilə məşhur olan Sardiniya adasından bir şüşə qum götürən ingiltərəli turistə pul cəzası kəsilib.

Milli.Az xəbər verir ki, adanın "zümrüd sahillər" adlanan şimal-şərq bölgəsində istirahət edən turist əməlinə görə 1000 avro cərimə ödəyib.

Ağ və incə qumlu sahilləri ilə İtaliyanın ən gözəl çimərlikləri siyahısına başçılıq edən Sardiniya adası bu təbii xəzinəsini qorumaq üçün 2017-ci ildə qanun layihəsi qəbul edib. Qanuna əsasən, çimərliklərdən qum, balıqqulağı, daş kimi maddələrin götürülməsi qadağandır. Götürənlər isə "qum oğrusu" kimi damğalanır və 500-3000 avro cərimə ödəyir.

Sardiniyadakı hava limanlarında tez-tez turistlərin çantaları "qum oğurluğu"na görə yoxlanılır. Yalnız ötən il Alqero şəhərinin hava limanında çantalardan toplamda 200 kq qum tapılıb. 2015-ci statistikasına görə isə, Kaqliari hava limanında ələ keçirilən qumun miqdarı 5 ton olub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.