Maraqlı

İlon Maskdan təəccüblü açıqlama

10 Avqust 2018 07:14
0 Şərh     Baxış: 519

Elektirklə işləyən avtomobillər istehsal edən "Tesla" şirkətinin rəhbəri İlon Mask tvitter vasitəsilə təəccüblü açıqlama verib.

Milli.Az xəbər verir ki, İlon Mask şirkətini bazardan çəkməyi düşündüyünü bildirib.

O, şirkəti özəl mülkə çevirib bazarda işləməsinə son verməyi düşündüyünü və bunun şirkətin irəliləməsi üçün doğru yol olduğunu deyib. Mask qeyd edib ki, şirkət artıq sərmayəçilərini razı salmaqdan ötrü qısa müddətli qərarlar vermək təzyiqindən qurtulacaq.

Şirkət rəhbəri bu fikrə sərmayəçilərin də dəstək verdiyini, beləliklə, şirkətdə səhmləri olanların asanlıqla razı olacağını deyib. Səhmlərin başqalarından geri alınması üçün kifayət qədər pul da tapılıb, lakin son qərar hələ ki, verilməyib.

İlon Maskın tvitindən sonra rəsmi açıqlama verilənə qədər "Tesla"nın səhmlərindəki işlər təxirə salınıb.

Lakin Amerikanın Bazarlara Nəzarət Departamentinin qaydalarına görə, bu cür qərarlar sosial media üzərindən yayımlanmadan əvvəl departamentə açıqlamanın hansı platformada veriləcəyi xəbəri verilməlidir. Maskın bu qaydaya əməl edib-etməməsi hələ ki, sual altındadır. Ona görə də onun açıqlamasının doğruluğu şübhə doğurur. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.