Maraqlı

Məşhur idmançı xərçəngdən öldü - VİDEO - FOTO

9 Avqust 2018 12:59
4 Şərh     Baxış: 3 384

Dünyanın ən məşhur qolfçularından biri, avstraliyalı Carrod Layl ağ qan xərçəngindən (leykemiya) vəfat edib.

Onda kəskin mieloid leykozu vardı.

Milli.Az Daily Mail-ə istinadən billdirir ki, 36 yaşlı Layl indiyədək leykemiyaya qarşı iki ağır, məşəqqətli və uzunmüddətli müalicə kursları keçmişdi. Həkimlər hər kursdan sonra bəyan etmişdilər ki, qolfçu xərçəngə qalib gəlib.

Müalicələrdən, sonsuz kimya terapiysı kursları və inyeksiyalardan bezən idmançı ötən həftə ümumiyyətlə, müalicədən imtina etmişdi.

"Həyatımın son günlərini xanımımla, qızlarımla ünsiyyətdə keçirmək istəyirəm. İmkan verin, rahat ölüm", - Carrld Layl həkimlərə demişdi.

C.Laylda leykemiya ilke dəfə 17 yaşı olanda aşkarlanıb. Sonra 1998 və 2012-ci illərdəki müayiənələrdə leykemiya yenidən üzə çıxmışdı.

Hər dəfə də həkimlər ona müalicənin uğurlu olduğunu demişdilər.

Qolfçunun xanımı Brioni Laylın dediyinə görə, 2017-ci ildə müayinə zamanı leykemiyanın "qayıtdığı" qeydə alınmışdı.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Məşhur idmançı xərçəngdən öldü

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

4 Şərh:

  • Anonim
    Qumru · 9 Avqust 14:0411

    Kovreldim. Her defe yeni bir umidle heyata tutunursan ve sonda olumu qebul edirsen. Allah rehmet elesin. Hamimiz ora geleceyik bir gun.

    Cavab yaz
  • Anonim
    55 · 9 Avqust 14:4231

    Allah rəhmət eləsin pis oldum

    Cavab yaz
  • Anonim
    savadsizlar. · 9 Avqust 17:0604

    ona rehmet duwur?

    Cavab yaz
    • Anonim
      Qumru · 9 Avqust 17:5300

      Onu Allah biler,bizden bu cumleni demek duwur,qalani bizim ixtiyarimizda muhakimemizde deyil.

      Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.