Maraqlı

“Mən atlarla nəfəs alıram” – Maşınla yarışan 9 yaşlı qız DANIŞDI – VİDEO – FOTO

8 Avqust 2018 17:46
3 Şərh     Baxış: 3 754

Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəklərdə izlənmə rekordu qırıb.

Milli.Az bildirir ki, ARB TV hər kəsin marağına səbəb olan görüntülərin qəhrəmanını tapıb və onun bu addımının səbəblərini öyrənib.

"Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim", - deyə at həvəskarı qızcığaz Gülay Fərzəliyeva bildirib. 

Sumqayıtda yaşayan qızcığaz at çapmağı ilə hər kəsi heyran qoyub. O, 4 yaşından at çapır.

Balaca qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik, onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmirlər. Gülay, bu məharətini ARB telekanalı üçün də nümayiş etdirdi. 

Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Gülayın böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Sadece · 8 Avqust 17:5320

    Balaca qızımıza afərin. Sadəcə sürət həddi 40 olan yolda 80-lə maşın sürmək və at çapmaq nə dərəcədə düzgündür? böyüklər uşaqlara düzgün yol göstərmək əvəzinə əksinə daha sürətlə at çapmağı məsləhət görür.

    Cavab yaz
  • Anonim
    Dilarə · 8 Avqust 20:0510

    Gøz dəyməsin.belələrinin dĕ sayı ćox olsun.amma yarışa trassda yox atla cidorda çıx balası

    Cavab yaz
  • Anonim
    Afa · 8 Avqust 22:1500

    Allah saxlasın. Böyük gələcəyi var bu gözəl balamızın.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.