Maraqlı

İsveçdə manqal yandırmaqla bağlı ŞOK QƏRAR - Burada kabab çəkənləri HƏBS GÖZLƏYİR

8 Avqust 2018 23:12
3 Şərh     Baxış: 2 244

İsveçdə manqal yandırmaq qadağan edilib.

Milli.Az xəbər verir ki, buna səbəb ölkədə may ayından bu vaxta qədər isti və quraqlıq səbəbindən baş verən meşə yanğınlarıdır.

Manqal yandırmaqla bağlı qadağaya əməl etməyənlərə əvvəl pul, sonra isə həbs cəzası müəyyən edilib. İsveçrənin dövlət televiziyası yanğın baş verən ərazilərdə ötürücü antenaların yanması səbəbindən 3 bölgədə yayımı dayandırdıqlarını açıqlayıb.

Məlumata görə, Skandinaviyada son 66 ilin ən isti yayı müşahidə edilir. Havanın temepraturu 30 dərəcəni keçib. Ona görə də ildə 6 dəfə Aralıq dənizi sahillərini səyahət edən isveçrəlilər bu il tətili öz ölkələrində keçirirlər.

Dövlət televiziyası SVT-nin xəbərinə görə, ölkədə 83 yerdə başlayan və hazırda 20 yerdə davam edən yanğınları söndürmək üçün Avropa ölkələrindən kömək istənilib.

Artıq Fransa, Almaniya, Danimarka, İtaliya, Litva, Portuqaliya, Norveç kömək üçün əməkdaşlarını bu ölkəyə göndərib.

Ölkə ərazisində avqustun 30-dək ocaq yandıraraq piknik təşkil etmək və ya manqal yandırmaq qadağan edilib. Qadağanı ikinci dəfə pozan şəxslərə 2 il həbs cəzası verilə bilər. (publika.az)

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    Taksi · 8 Avqust 23:2800

    Gəlin Qəbələyə Amma kömür gətirməyin varımızdı

    Cavab yaz
  • Anonim
    GƏNCƏLİ AVROPADAN... · 9 Avqust 00:1310

    Bu məqalənin müəllifi isveçli ilə iveçrəlini seçə bilmir..... Bəli,hər yerə yazıb yapışdırıblar.Manqalın istənilən halı qadağamdır.Cərimə 10000 isveç kronu yəni 1000 avro....

    Cavab yaz
  • Anonim
    Müəllim · 9 Avqust 09:4200

    Yazdığım xoşuva gəlmədi ay debil

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.