Maraqlı

Mercedes ağıllı fara texnologiyasını həyata keçirir

9 Avqust 2018 22:45
0 Şərh     Baxış: 2 030

Mercedes aylar əvvəl elanını etdiyi ağıllı fara texnologiyasını nəhayət istifadə etməyə başlayır. Bu texnologiya möhtəşəm xüsusiyyətlərlə gəlir.

Avtomobil faralarında yeni bir dövr başlayır. Almanların hazırladığı yeni bir texnologiya sayəsində hava qaraldığı anda yolda baxın nələr görəcəksiniz.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Mercedes fara dizaynını ilk olaraq 2015-ci ildə F015 adını daşıyan araşdırma vasitəsində göstərmişdi.

Ancaq şirkətin yeni rəqəmsal işıqları, LED işıqlandırmadan daha dəqiq işıqlandırma vəd edir.

HD keyfiyyətində işıqlandırma təqdim edən faralarda 1 milyondan çox piksel var və sistem avtomobilin qabağının nə qədər işıqlandırılacağını idarə edə bilir.

Faralarda parlaqlıq səviyyəsinin nizamlanmasında istifadə edilən sensorlar var. Bu sensorlar sayəsində qarşıdan gələnlərin gözlərinin işıqdan təsirlənməsinə maneə törədilir.

Mercedesin ağıllı fara texnologiyasının bir başqa xüsusiyyəti isə yol məlumatlarını yol üzərinə əks etdirə bilməsidir.

Məsələn, təmir işlərinin olduğu bir yolda gedərkən sürücülərə hansı xəttdə irəliləmələri lazım olduğu mövzusunda kömək edilir.

Mercedes-dən sonra avtomobil sektorunun digər əhəmiyyətli markalarının da bənzər fara texnologiyaları təqdim etməsi gözlənilir

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.