Maraqlı

Dondurma yemək üçün 5 səbəb

9 Avqust 2018 08:15
1 Şərh     Baxış: 2 713

SÜMÜK VƏ DİŞ SAĞLAMLIĞI ÜÇÜN ƏHƏMİYYƏTLİDİR - Dondurma tərkibindəki süd ilə tam mənada bir kalsium mənbəyidir. Kalsium da sümük və diş sağlamlığı üçün çox əhəmiyyətlidir. Kalsium sümükləri gücləndirir, dişləri qoruyur və diş ətlərinin güclənməsinə kömək edir. Yaş qruplarına görə fərqli kalsium ehtiyacına sahibik.

ƏZƏLƏLƏRİ GÜCLƏNDİRİR - Zülallar bədənin quruluş daşını meydana gətirir. Milli.Az deyerler.org-a istinadən bildirir ki, əzələlərin təməl quruluşu da zülallardan meydana gəlir. Bu səbəblə əzələlərin inkişafında zülal qəbulu əhəmiyyətlidir. Ən keyfiyyətli zülallar heyvan mənşəli qaynaqlarda var. Ət, toyuq və balıqla yanaşı süd və süd məhsullarının zülalı da keyfiyyətli zülal qrupuna daxildir. Əzələ sağlamlığı üçün əhəmiyyət daşıyan keyfiyyətli zülal ehtiyacınıza süd məhsullarından biri olan dondurma ilə də dəstək ola bilərsiniz.

ARIQLAMAĞA KÖMƏK EDİR - Aparılan bir araşdırmada, pəhriz növündən asılı olmayaraq, süd və məhsullarından alınan kalsium nisbəti yüksək olan qrupda çəki itkisinin daha çox olduğu müşahidə edilmişdir. Bu səbəbdən dondurma da kalsium ehtiyacını qarşılamağa dəstək olaraq, arıqlamağa töhfə verə bilir.

İMMUNİTETİN DOSTUDUR - İmmun sistemi, bədəni xəstəliklərə qarşı qoruyan, xəstəlik quruluşu orqanizmləri və şiş hüceyrələrini tanıyıb onları yox edən sistemdir. İmmun sistemi komponentlərinin quruluş daşı amin turşuları olduğundan, dondurma tərkibində olan zülallar sayəsində immuniteti dəstəkləməyə kömək edə bilir.

QANDA ŞƏKƏRİN MİQDARINI DAHA ASAN NİZAMLAYIR - Tərkibində şəkər olsa belə, zülal məzmununun da yüksək olması sayəsində qanda şəkərin miqdarını digər şirinlərə nisbətlə daha asan nizamlayır. Üstəlik dadlandırıcı məhsulla edilən növləri sayəsində diabet xəstələri və ya insulin müqaviməti yüksək səviyyədə olan şəxslər üçün də istehlak edilməsində zərər olmayan bir alternativdir.

Milli.Az

loading...

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Qumru · 9 Avqust 13:4100

    Qiwda dondurma yemeyinse ayri lezzeti var. Heyf ki, Wekide tapa bilmirik heleki. Sezon bitdi dondurmalar da eriyib gedir...

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.