Maraqlı

Sinqapur qlobal konvensiya hazırlamağı təklif edir

9 Avqust 2018 07:22
2 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan Şərqi Asiya Sammitinə daxil olan iştirakçı ölkələrin nazirlərinin iclasının yekunları üzrə mətbuat konfransında kibertəhlükəsizlik üzrə qlobal konvensiyanın yaradılmasına ehtiyac olduğunu bildirib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, nazirin sözlərinə görə, yeni sənəd ölkələrin kibertəhdidlərdən mühafizə üzrə fəaliyyətini tənzimləməyə imkan verəcək.
 
"Biz rəqəmli təhlükəsizliyin təmini baxımından bütün ölkələrin fəaliyyətini tənzimləyən və BMT-nin himayəsi altında qüvvədə olan konvensiyalara bənzər qlobal sənəd hazırlayaraq qəbul etmək istəyirik. Biz dünyanın rəqəmli inqilab dövrü yaşamasına görə ümumi mexanizm yaratmaq niyyətindəyik", - o qeyd edib.
Xarici işlər naziri onu da vurğulayıb ki, Sinqapur bu sahədə ayrı-ayrı ölkələrlə eksklüziv sazişlərin imzalanmasında maraqlı deyil.
 
Xatırladaq ki, bir müddət əvvəl hakerlər Sinqapurun ən böyük "SingHealth" tibbi müəssisə qrupunun kompüterlərinə hücum edərək 1,5 milyon insanın, o cümlədən ölkənin baş nazirinin fərdi məlumatlarını oğurlayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.