Maraqlı

"Cənnət adası" - İnsanları bura cəlb edən nədir? - FOTO

1 Avqust 2018 20:11
0 Şərh     Baxış: 4 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənnət adası hesab edilən Roatanda insanlara heyvan sevgisi aşılayacaq bir mərkəz var.

Milli.Az xəbər verir ki, Mərkəzi Amerika ölkəsi olan Hondurasda yerləşən və eqzotik heyvanlara qulluq edən reabilitasiya mərkəzinə dünyanın bir çox yerlərindən minlərlə turist gəlir. Bu adada heyvanlar həm müalicə edilir, həm də təbii yollarla çoxaldılır.

Adada heyvanların böyük əksəriyyətini yaquarlar təşkil edir. Onlara reabilitasiya mərkəzində məxsusi baxırlar. Mərkəz səyyah və heyvansevərlərin sevimli məkanına çevrilib.

Burada ziyarətçilərə yaquarlarla birgə üzməyə də icazə verilir. Belə ki, 40 avro ödəməklə bir neçə dəqiqəlik onlara toxunmaq və birlikdə üzmək olar.

Turistlərin vəhşi pişiklərlə birgə çəkdirdikləri bir-birindən maraqlı şəkilləri sosial mediada da çox geniş yayılıb. Bu isə adaya gələn turistlərin sayının çoxalmasına gətirib çıxarıb.

Afaq Rza 
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.