Maraqlı

Unikal körpü inşa edildi - nəhəng daş əllər... - FOTO

1 Avqust 2018 16:35
5 Şərh     Baxış: 8 664
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vyetnamın şərqində Da Nang şəhərində dəniz səviyyəsindən 1400 metr yüksəklikdə yeni körpü istifadəyə verilib.

Milli.Az xəbər verir ki, yeni açılmasına baxmayaraq körpü böyük marağa səbəb olub. Sosial şəbəkələrdə körpünün şəkillərinin yayılmasından sonra bura gələn turistlərin sayı durmadan artır.

Təqribən 150 metr uzunluğunda olan və "The Gold Bridge" adlanan körpü 1 il ərzində tikilib. Metal konstruksiya üzərində tikilən körpünün dayaqları yoxdur və onları daşdan düzəldilmiş iki nəhəng əl əvəzləyir.

Həmin daş əllər körpüyə qeyri-adi görüntü gətirib. Xüsusi maraqla qarşılanan bu körpü sanki fantastik filmlərdə gördüyümüz səhnələrdən bir parçadır.

Afaq Rza 
Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.