Maraqlı

"Buradan sizin mehriban baxışlarınızı aparacam"

30 İyul 2018 18:12
Baxış: 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən gün başa çatan "Jara" musiqi festivalına qatılanlardan biri də 61 yaşlı ifaçı Aleksandr Marşal olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçi Bakıdan söz açıb:

"Bilirsiniz, mən çox böyük məmnuniyyətlə bu möhtəşəm şəhərə gəlirəm. Ancaq burada vaxt tapıb dənizə gedə bilmirəm. Dənizə baxıram, göz yaşlarım axır, istəyirəm, ancaq gedə bilmirəm. Dənizi çox sevirəm. Əlbəttə ki, milli yeməklərinizi də dadıram". 

"Jara" festivalının əhəmiyyətindən danışan müğənni bildirib ki, Xalq artisti Emin Ağalarova heykəl qoyulmalıdır:

"Fikrimcə, dostum Emin Ağalarova heykəl qoyulmalıdır. Çünki o, yaraşıqlıdır. Təsəvvür edirsiniz ki, bu, nə qədər insanın diqqətini çəkir. O, bunu etdi - "Jara" festivalını Bakıda təşkil etdi. Düşünürəm ki, nə qədər ki biz sağıq, festival hər il davam edəcək və biz Emini dəstəkləyəcəyik". 

"Buradan sizin mehriban baxışlarınızı, əl sıxmalarınızı və qucaqlamalarınızı aparacam. Bu, hər şeydən üstündür. Baxın, dünyada nələr baş verir. İnsanlar daim dünyada müharibə edir. Niyə? Qucaqlaşmaq, öpüşmək lazımdır", - deyə Marşal bildirib.

Qeyd edək ki, "Jara" festivalı gələn il də keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.