Maraqlı

Musiqi dinləyərkən özünü "kefli" və cəsarətli hiss etmənin sirri - FOTO

30 İyul 2018 11:26
0 Şərh     Baxış: 2 271
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnsanın bəyəndiyi musiqini dinləyərkən özünü yaxşı hiss etməsi beyindən ifraz olunan hormonlarla bağlıdır.

Milli.Az Muscle boost Baku-ya istinadla bildirir ki, insan xoşladığı musiqini dinlədiyi zaman bədəndə dopamin adlanan xoşbəxtlik hormonu ifraz olunur. Bu isə insanın özünü yaxşı, cəsarətli hiss etməsinə şərait yaradır. Bu hormon sayəsində narahatlıq aradan qalxır, stress azalır və əhval-ruhiyyə yüksəlir. Dopamin insanı əylənməyə, deyib-gülməyə vadar edir.

Həmçinin bu hormon bir-iki qədəh şərab içən zaman da ifraz olunur ki, buna görə də, insan sevdiyi musiqini dinləyən zaman özünü kefliymiş kimi hiss edə bilər.

Qeyd edək ki, şizofreniyadan əziyyət çəkən insanlarda dopamin hormonları normadan yüksək olur.

Bəxtiyar Umarlı
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.