Maraqlı

Tez hazırlaya biləcəyiniz pudinq

28 İyul 2018 20:28
3 Şərh     Baxış: 2 307

İsti yay günlərində asan  və tez hazırlanan sərin təamlara ehtiyac duyulur. O zaman bu çiyələkli pudinq tam sizə uyğundur.

Milli.Az axşam.az-a istinadən çiyələkli pudinqin hazırlanma qaydasını sizlərə təqdim edir:
Tərkibi:

500 qr çiyələk

4 stəkan süd

2 stəkan şəkər tozu

1 çay qaşığı kərə yağı

2 çay qaşığı nişasta

1 xörək qaşığı limon likörü

1 paket vanil

1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Südü bi qazana tökün. Ardınca çiyələkləri də əlavə edib 10 dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirin. Şəkər tozu və yağı da töküb 5 dəqiqə qaynadın. Nişastanı  qatıb qatılaşana qədər gözlədikdən sonra isə likör, vanil və yumurta sarısını da əlavə edin. Pudinqi hazırladığınız qazanı su ilə dolu başqa bir qazanın içinə qoyun. 30 dəqiqə qaynadıb pudinqi çiyələklərlə bəzəyin.

Milli.Az

loading...

Şərh yaz:

3 Şərh:

  • Anonim
    melek b · 30 İyul 2018 13:4040

    Asinin metbexi niye bos qalib goresen...PUDINQ maraqlidir,amma movsumu meyvelerden verseniz yaxsi olar

    Cavab yaz
    • Anonim
      asi · 31 İyul 2018 10:1920

      Salam Mələk, necəsən?? Nəsə Milli reseptləri yeniləmir, yeniləyəndə də maraqlı bir şey vermir..Ona görə mətbəx də boş qalıb))..

      Cavab yaz
      • Anonim
        Asiye · 1 Avqust 2018 11:5110

        Boş olan sensen

        Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.