Maraqlı

İt pasportları gəmirdi, istirahət təxirə düşdü - FOTO

23 İyul 2018 11:46
0 Şərh     Baxış: 2 130
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

35 yaşlı Rassel Mak və 32 yaşlı Ella Arandell İspaniyanın Mayorka kurortuna bir həftəlik istirahət səfərini təxirə salmalı olublar. İngiltərənin Vinçester şəhərində yaşayan ailə pərişandır.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, səbəb Beyli adlı köpəyin ailədəki uşaqların pasportlarını gəmirməsidir.

Üç övlad anası Ella Arrandell dörd gün əvvəl bütün sənədləri yığaraq səfərə hazırlaşmağa başlamışdı. Lakin Beyli pasportların olduğu çantanı tapıb və sənədləri gəmirib.

9 yaşıl Erin, 6 yaşlı Tilli və 2 yaşlı Harrinin istirahət arzuları baş tutmayıb.

Halbuki ailə Mayorkada bir həftəlik istirahət üçün 2500 funt-sterlinq ödəmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.