Maraqlı

2 ildən sonra etiraf etdi: "Corc Maykl intihar edib"

22 İyul 2018 17:43
0 Şərh     Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İki il əvvəl dünyasını dəyişən 53 yaşlı Corc Mayklla bağlı həmcinsi olan sevgilisi Fadi Favaz gözlənilməz açıqlama verib. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Corcun intihar etdiyini bildirib. 

"İnsanların məndən Corcla bağlı soruşmalarından yoruldum. Bunu deməyə mənə icazə verin. Corc anasının ad günündə öldü. Bu da onun ölümünün səbəbini sübut edə bilər. O, özünə həmin günü qəsd etdi", - Fadi bildirib. 

Qeyd edək ki, 45 yaşlı Favaz Corcun meyitini evində tapmışdı. Həmin vaxt həkimlər onun ürək çatışmazlığından vəfat etdiyini demişdi. 2017-ci ildə Fadi Corcun intihar etdiyini sosial şəbəkədə yazmışdı. Daha sonra isə fikirlərini inkar etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.