Maraqlı

Rihanna milyarder sevgilisindən ayrıldı

20 İyul 2018 19:36
2 Şərh     Baxış: 1 485
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rihanna milyarder sevgilisi Hassan Cəmildən ayrılıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Meksikaya istirahətə gedən sevgililər dincəlmək əvəzinə dava ediblər. 

Ətrafdakı insanlar da onların mübahisəsinə şahid olublar. Sevgililərin niyə dava etdiyi bəlli deyil. Deyilənə görə, mübahisəyə Cəmilin qısqanclığı səbəb olub. 

Birlikdə çox vaxt keçirməsələr də, Hassan Rihannanın ona xəyanət etdiyini düşünür. O, sevgilisini bütün kişilərə qısqanır və kobudcasına onunla dalaşır. Milyarderin bu davranışı Rihannanı bezdirib və o, ayrılmaq qərarı alıb. 

Ayrılığa peşman olmayan müğənni özünə daha çox vaxt ayırmağa başlayıb. Son vaxtlar kökələn Rihanna artıq pəhrizə başlayıb. İfaçı onun üçün ancaq pəhriz yeməkləri hazırlayacaq aşpaz işə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.