Maraqlı

Azərbaycanlı modelin eks-əri Adnan Oktardan danışdı - FOTO

20 İyul 2018 21:15
0 Şərh     Baxış: 3 782
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanlı model Günay Musayevanın Amerikada yaşayan eks-əri Tolqa Karel səssizliyini pozub.

Milli.Az xəbər verir ki, "Yaprak dökümü" serialı sayəsində məşhurlaşan aktyor Amerikada yaşamasına baxmayaraq, ölkə gündəmini yaxından təqib etdiyini deyib. Karel bu dəfə sosial şəbəkədə Adnan Oktara qarşı aparılan əməliyyatla bağlı fikir bildirib:

"Son dövrdə dövlətimizin din üzərindən ticarət edən, dinimizi mənfəət məqsədlər üçün istifadə edən bir sıra qrup və təriqətlərə qarşı aparılan əməliyyatları dəstəkləyirəm. İnşallah davamı gələr və sərbəst şəkildə hər kəsin inancını yaşaya biləcəyi bir ölkə olarıq".

Qeyd edək ki, G.Musayeva Türkiyə mətbuatına verdiyi açıqlamalarda Tolqa Karelin oğlu Cahangirə atalıq etmədiyini və aliment ödəmədiyini söyləmişdi. (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.