Maraqlı

Bir planetin ulduz tərəfindən udulması qeydə alındı - İLK DƏFƏ - FOTO

20 İyul 2018 21:57
1 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çandra X-işığı Teleskopu Yerdən 450 işıq ili uzaqlıqdakı "RW Aur A" ulduzunun ətrafındakı planetlə çapışmasını və planetin ulduzun içində yox olmasını qeydə alıb.

Milli.Az xəbər verir ki, NASA-nın yaydığı açıqlamada "RW Aur A"-nın 1937-ci ildə kəşf edildiyi, həmin vaxtdan bu yana parlaqlığında dəyişiklik olduğu bildirilib.

Tədqiqatçılar ulduzun parlaqlığında azalmanın səbəbini müəyyən etməyi bacarıblar.

Araşdırmaya rəhbərlik edən Massaçusets Texnologiya İnstitutuna bağlı Sözlü Astrofizika və Kosmos Araşdırması İnstitutundan tədqiqatçı Hans Moritz Guenter bildirib ki, planetin ulduz tərəfindən udulmasını kompüter simülasiyası vasitəsilə qeydə alıblar:

"Əvvəllər bunu etmək mümkün deyildi. X-işığı göstəricilərinin analizi tərzimizdə bir xəta yoxdusa, ilk dəfə bir gənc ulduzun planet və ya planetləri udduğunu qeydə almış olduq". (publika.az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.