Maraqlı

"WhatsApp", "Facebook" və "Telegram"...

20 İyul 2018 21:21
0 Şərh     Baxış: 1 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil cihazların qorunması üzrə qlobal lider olan "Appthority" şirkəti tez-tez "qara siyahı"ya düşən yüksək riskli əlavələrin illik reytinqini dərc edib. "iOS" qurğuları üçün proqramlar siyahısında ilk mövqeləri "WhatsApp", "Facebook Messenger" və "Waze" messencerləri tutub. "Android" əlavələri reytinqində "WhatsApp", "Facebook Messenger" və "Telegram" servisi liderdir. İkinci rübdə "Waze" və "Telegram" reytinqə yeni daxil olub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, əlavələr şirkətlərin "qara siyahı"sına təhlükəsizliklə əlaqədar müxtəlif səbəblərə, o cümlədən şübhəli davranış və məlumat sızması riski, təhlükəsizlik siyasətinə uyğunsuzluq və informasiyanın emalı ilə bağlı narahatlığa görə daxil olurlar.

İkinci rübdə "qara siyahı"ya daha çox düşən mobil proqramlar reytinqində "Facebook Messenger" və "WhatsApp"ın "Android" və "iOS" versiyaları, eləcə də "Android" üçün "Wickr Me" və "iOS" üçün "Tinder" yer alıb.

Hesabata görə, proqramların əksəriyyəti reytinqdə məlumat sızmasına yol verdiyinə görə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.