Maraqlı

Şahzadənin qayınatası ad gününü tək qeyd etdi - FOTO

20 İyul 2018 19:12
0 Şərh     Baxış: 1 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya şahzadəsi Harrinin xanımı, Sasseks hersoginyası Meqan Markl ilə atası Tomas Markl arasında hələ də umu-küsü qalır. Meqan atasını danıhdırmır və onunla əlaqə saxlamaq da istəmir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, dünən 74 yaşlı Tomas Markl ABŞ-ın Los-Anceles şəhərində "McDonald's" restoranlarından birində "Happy Meal" alarkən reportyorların kameralarına tuş gəlib.

O, ad gününü bu minvalla qeyd edib.

Meksikadakı Rosarito şəhərində yaşayan Tomas Markl daha sonra "Bank of America"nın filialına yollanıb, oradan da UPS ofisinə gedib.

Ürəktutmasından şikayətlənən Tomas Markl səhhətinin çox pis olduğunu deyərək qızının toyuna, Londona yollanmamışdı.

Meqan isə hesab edir ki, atası qəsdən toya gəlməyib və yalan danışıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.