Maraqlı

Makedoniyalı İsgəndərin məzarı tapıldı? - VİDEO - FOTO

20 İyul 2018 17:05
3 Şərh     Baxış: 9 600
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qara sərdabə" adlanan, dünyanın ən sirli məzarı sayılan məqbərə Misirdə açılıb.

Məqbərədə  qara qranitdən yonulan və 30 ton ağırlığı olan tabut vardı.

Milli.Az Daily Mail-ə isti nadən bildirir ki, Ptolomey dövründəki Qədim Misirə şamil olunan artefakt iyulun 1-də İsgəndəriyyə şəhərinin yaxınlığında aşkarlanmışdı.

Qara tabut 5 metr dərinlikdə idi.

Tabutun içində zəhərli qaz olduğu güman edildiyindən onun qapağı qaldırılarkən həmin məkandakı bütün arxeoloqlar təxliyə olunmuşdu.

Qalın əhəng qatı ilə örtülən vaə möhürlənən tabutun içində mərmərdən yonulmuş heykəlin fraqmenti və alebastrdan hazırlanmış kişi başı aşkarlanıb.

Tabutun uzunluğu 2,7 metr, eni 1,5 metr, hündürlüü 1,8 metrdir.

Onun 2 min il əvvəl torpağa basdırıldığı güman edilir.

Tabutda üç mumiya vardı. Tabuta su sızdığından mumiyalar dağılıb.

Misirin Tarix Abidələri İdarəsinin rəhbəri Mustafa əl Vəzirinin dediyinə görə, tabutdakı mumiyalar firon və ya zadəgan qalıqları deyil.

Alimlər tabutda kimlərin dəfn olunduğunu aşkarlamağa çalışırlar.

"Dünyanın ən sirli məzarı" adlanan bu tabutda "fironların lənəti" olduğu iddia olunur. Digər iddialara görə, tabutda Makedoniyalı İsgəndər dəfn edilib.

Mumiyalar İsgəndəriyyədəki Milli Muzeyə aparılıb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Makedoniyalı İsgəndərin məzarı tapıldı?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.