Maraqlı

Castin Biberin evlənməsi təsdiqləndi - FOTO

20 Sentyabr 2018 22:51
0 Şərh     Baxış: 1 182
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor Alek Bolduin qardaşı qızı Heyli Bolduinin müğənni Castin Biberlə evləndiyini təsdiqləyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 60 yaşlı ulduz cütlüyün toy xəbərinin doğru olduğunu vurğulayıb.

"Bəli, onlar gizlin evlənib. Heç kimə qulaq asmadılar. Yəqin Heylinin atasında, Stefanda toydan bəzi şəkilllər də var".
Qeyd edək ki, bir neçə həftə bundan əvvəl 24 yaşlı modellə 26 yaşlı müğənni nikah haqqında şəhadətnamə verilən məhkəmə binasından çıxarkən görüntüləniblər. Onların rəsmi nikah bağlanması barədə xəbər yayılsa da, sonradan Heyli instaqram səhifəsində məlumatın yalan olduğunu qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.