Maraqlı

İŞİD-in ən gözəl üzvü İstanbulda yaxalandı - FOTO

19 İyul 2018 22:36
1 Şərh     Baxış: 3 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İŞİD-in sıralarında gözəlliyi ilə ad çıxarmış Çeçenistanlı Səda Dudurkayeva İstanbulda həbs edilib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, antiterror əməliyyatları zamanın 5 nəfər həbs olunub. Onlardan biri İŞİD-in komandirlərindən olan Əbu Ömər Əl Şişani ləqəbli gürcü əsilli Tarkan Batiraşvilinin həyat yoldaşı Səda Dudurkayevadır.

Onun atasın Çeçenistanda nazir vəzifəsində çalışmış gürcü əsilli Asu Dudurkayevdir. Səda 2013-cü ildə internetdə tanış olduğu şəxslərin vasitəsilə Suriyaya köçüb.

Öncə Əbu Ömər Şişaninin sağ qolu Hamzat adlı şəxslə evlənən Asu əri öləndən sonra Əbu Ömərlə ailə həyatı qurub.

Çeçenistan prezidenti Ramzan Kadırov Səda Dudurkayevaya görə atasını "fanatik qızına nəzarət edə bilmədiyi üçün" vəzifəsindən uzaqlaşdırmışdı, Kadırov Səda Dudurkayevanın ölkəyə gətirilməsinin Çeçenistan üçün şərəf məsələsi olduğunu bildirib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.