Maraqlı

"Google"a görünməmiş cəza - 4,34 MİLYARD AVRO!

21 İyul 2018 08:45
0 Şərh     Baxış: 1 220
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa Komissiyası ABŞ-ın "Google" şirkətini rekord məbləğdə cərimələmək qərarına gəlib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının rəqabət üzrə komissarı Marqret Vestager açıqlayıb. O bildirib ki, şirkət Aİ-nin antiinhisar qanunvericiliyini pozduğu üçün 4,34 milyard avro məbləğində cərimə ödəməlidir.

M. Vestager deyib ki, şirkət Android əməliyyat sistemi ilə çalışan cihazlardakı trafikin istisnasız olaraq yalnız "Google" axtarış sistemi üzərindən aparılması üçün şəbəkə operatorlarına və cihaz istehsalçılarına şərt qoyub: "Bu praktika rəqibləri innovasiyaların tətbiqi və rəqabət imkanlarından məhrum edib. Nəticədə avropalı istehlakçılar mobil sahədə effektiv rəqabətin üstünlüklərindən faydalana bilməyiblər".  

Komissar qeyd edib ki, cərimənin məbləği Avropa qaydalarını pozmağın ciddi məsuliyyət yaratdığını göstərir. Avropa Komissiyası şirkətə səhvlərini düzəltməsi üçün 90 gün vaxt verib. Əks halda, "Google"un daxil olduğu "Alphabet Holding"in dünya üzrə dövriyyəsinin 5%-i həcmində əlavə cəza kəsiləcək. "İndi "Google"un doxsan günü var ki, özünün  bazardakı mövqeyindən sui - istifadəyə əsaslanan biznes praktikasından imtina etsin. Sadə sözlə desək, "Google" avropalı istifadəçilərin seçiminə təsir etməyi dayandırmalıdır", - deyə M. Vestager söyləyib. 

ABŞ şirkəti isə Avrokomissiyanın qərarından şikayət verəcəyini açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.