Maraqlı

Ən gəlirli elektromobilin adı açıqlandı

21 İyul 2018 08:25
0 Şərh     Baxış: 1 354
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobil istehsalında konsaltinqlə məşğul olan "Munro & Associates" şirkətinin prezidenti Sendi Manro (Sandy Munro) ən gəlirli avtomobilin adını açıqlayıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu, "Tesla Model 3"-dür. Elektrik mühərrikə malik sedanın istehsalı istehsalçıya 30 faizdən çox xalis mənfəət gətirir.

"Munro & Associates"in rəhbərinin sözlərinə görə, heç bir digər elektromobilin istehsalı belə rentabelli deyil.

Bundan öncə "Model 3" elektromobilini müzakirə edərkən Manro onun zahiri və daxili quruluşunu tənqid edib. Ancaq onun yollardakı davranışını tərifləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.