Maraqlı

Ronaldu 19600 avro çay pulu verdi - FOTO

19 İyul 2018 14:08
1 Şərh     Baxış: 5 423
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İtaliyanın "Yuventus" klubunun forvardı Kriştianu Ronaldu Yunanıstanın cənub-qərbindəki Messiniya bölgəsində, məşhur "Kosta Navarino" otelində ailəsi ilə birlikdə istirahət edib.

Milli.Az The Sun-a istinadən bildirir ki, Ronaldu bu oteldə "Yuventus"un prezidenti Andrea Anyelli ilə kluba transferlə bağlı danışıqlar aparıb.

Otelin servisi Ronaldunun o qədər xoşuna gəlib ki, o, çay pulu qismində 19600 avro pul verib.

"Yuventus" yetkililəri də otel rəhbərliyinə müraciət edərək pulu bütün əməkdaşlar arasında bərabər paylamağı xahiş edib.

K.Ronaldu otelə anasının qeyri-rəsmi nikahda olduğu əri Joze Andradeni də dəvət etmişdi.

Kriştianu Ronaldu iyulun 10-da "Real"ı tərk edərək "Yuventus"a transfer olunub. O, Turində ildə 30 milyon avro maaş alacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.