Maraqlı

Batmış gəmidə 113 milyard dollarlıq qızıl var? - VİDEO - FOTO

19 İyul 2018 11:32
0 Şərh     Baxış: 3 139
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreya sahillərində Çar Rusiyasının "Dmitri Donskoy" kreyseri tapılıb. Batmış kreyserdə 113 milyard dollarlıq qızıl olduğu iddia edilir.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1904-1905-ci illərdə Rusiya-Yaponiya savaşında iştirak etmiş "Dmitri Donskoy" kreyseri Yapon dənizindəki Ullındo adasının sahillərinin yaxınlığında aşkarlanıb. "Shinil Group" şirkəti illərdən bəri bu gəmini arayırdı.

"Gəmi Ullındo adasından 1,3 km aralıda, 434 metr dərinlikdədir", - şirkət mənsubları deyiblər.

Yapon kreyserləri ilə döyüş zamanı çoxsaylı atəşlərə məruz qaldığından "Dmitri Donskoy"un gövdəsində dəliklər az deyil.

"Shinil Group" gəmini sudan qaldırmaq niyyətindədir.

Susima döyüşündə iştirak etmiş "Dmitri Donskoy" Vladivostoka yollanarkən yapon eskadrası ona çatdığından heyət 1905-ci ilin mayın 29-da gəmini batırıb.

Koreyalıların dediklərinə görə, "Dmitri Donskoy" gəmisində 113 milyard dollarlıq qızıl var. Bu qızılların Çar Rusiyasının 2-ci Sakit Okean eskadrasının büdcəsinin olduğu vurğulanır. Guya gəmidə 550 yeşikdə qızıllar daşınırmış.

Lakin o vaxtlar köhnəlmiş hərbi gəmi olan "Dmitri Donskoy"da heç bir vəchlə bu qədər qızıl ola bilməzdi. Eskadranın büdcəsi o zamanlar ən güclü gəmidə, flaqmanda saxlanırdı. 2-ci Sakit Okean eksadrasında isə bu gəmi "Knyaz Suvorov" eskadra zirehli gəmisi idi. Həmin gəmi də döyüşdə batıb.

Ən başlıcası isə, 2-ci Sakit Okean eskadrası döyüşə yollandığından gəmilərdə heç bir vəchlə bu qədər qızıl ola bilməzdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Batmış gəmidə 113 milyard dollarlıq qızıl var?

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.