Maraqlı

Yupiterin orbitində 12 yeni peyk tapıldı

18 İyul 2018 18:12
0 Şərh     Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Astronomlar Yupiterin orbitində 12 yeni peyk aşkar ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Karnegi Universitetinin Tədqiqat Mərkəzi bildirib.

Qeyd edək ki, bu son kəşflə Yupiterin orbitindəki peyklərin sayı ümumilikdə 79-a çatıb.

Astronom Haret Uilyams bildirib ki, həmin peyklərin Yupiterin orbitində yerləşməsini sübut etmək üçün ona 1 il lazım olub.

Alimlər yeni tapılan peyklərdən 11-nin "adi" və yalnız birinin "xüsusi" olduğunu vurğulayıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.