Maraqlı

Madonna övladlarının nadir fotosunu paylaşdı

18 İyul 2018 21:35
0 Şərh     Baxış: 1 379
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Madonna 6 övladı ilə birlikdə Malaviyə yollanıb. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni çox nadir hallarda bütün övladlarını bir araya yığır. 

Dünya ulduzu 21 yaşlı Lurdes, 17 yaşlı Devid Banda və Mersi Ceyms, 5 yaşlı əkizləri Stella və Esterin yer aldığı fotonu sosial şəbəkədə paylaşıb. 

Şəkil Afrikada uşaq xəstəxanalarından birində lentə alınıb. Bu xəstəxana Madonnanın maddi dəstəyi ilə tikilib. 

Mersi Ceyms adını daşıyan mərkəz Malavidə ilk uşaq xəstəxanasıdır. İfaçının övladları da onun düzəldilməsinə dəstək olmuşdu. Belə ki, onlar xəstəxana divarlarını öz rəsmləri ilə bəzəmişdilər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.