Maraqlı

Həkimlər kobra sancan azərbaycanlı sehrbaz haqda: Yaşaması möcüzədir - FOTO

18 İyul 2018 10:25
6 Şərh     Baxış: 5 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Antalyada kobranın sancdığı cənubi azərbaycanlı sehbraz Arif Qafariyə müalicə müddətində 24 şüşə zərdab veriləcək.

Milli.Az oxu.az-a istinadla bildirir ki, bu barədə sehbrazın meneceri sosial media hesabında məlumat verib.

Türkiyə Xarici İşlər Nazirliyinin müdaxiləsi ilə müalicə üçün Misirə aparılan Arifin bədəninin bəzi hissələrində iflic əmələ gəlib.

Misirdəki Qahirə Universitetinin nəzdində fəaliyyət göstərən "Qəsr Əl Eyni Hospital"da müalicəsi davam edən Arifə 24 şüşə zərdab verilməsinin səbəbi isə bədənindəki zəhərin çox olması ilə əlaqədardır.

Belə ki, kobra sancmalarında, adətən, 15 şüşə zərdabdan istifadə olunur.

"İndiyədək altı şüşə zərdabdan istifadə olunub. Həkimlər bildirir ki, onun yaşaması möcüzədir. Çünki kobra sancmalarında ilk altı saatda tibbi müdaxilə etmək lazımdır. Bədəninin bəzi hissələrindəki iflicin isə müalicənin sonunda keçəcəyinə ümid edirik", - sehbrazın meneceri bildirib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.