Maraqlı

5 oğlan 8 yaşlı qıza təcavüz etdi - FOTO

18 İyul 2018 10:06
2 Şərh     Baxış: 4 901
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

9-14 yaşında olan 5 oğlan 8 yaşlı qızı döyərək ona təcavüz ediblər.

Milli.Az The Times of İndia-ya istinadən bildirir ki, çirkin olay Hindistanın şimalında, Himalay ətəklərindəki Dehradun bölgəsində, Sahaspur şəhərinin yaxınlığındakı kənddə yaşanıb.

Qıza təcavüz etmiş oğlanlardan biri bu olayı mobil telefonu ilə çəkib. İki gün sonra həmin oğlanın anası telefona baxanda videonu görsə də, kimsəyə bir söz deməyib. Lakin video artıq yayılmışdı və polis məsələdən agah olan kimi 5 oğlanı tutub.

Polisdən verilən məlumata görə, qız həyətdə oynayanda qonşuluqda yaşayan 14 yaşlı oğlan onu gizlənpaç oynamağa çağırıb.

"Sonra onlar qızı yaxınlıqdakı evə apararaq zorlayıblar. Cinayətə 14 və 13 yaşlı iki oğlan rəhbərlik edib. Onlar cinayəti iki gün əvvəl planlaşdırıblar və biliblər ki, qızın valideynləri şəhərə, bazara getməli, qız da evdə tək qalmalıdır", - Sahaspur şəhər polis idarəsinin yetkilisi Nareş Rathor deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.