Maraqlı

Miqrant faciəsi: ölümə buraxıldı, ağlını itirdi - FOTO

18 İyul 2018 13:02
0 Şərh     Baxış: 1 671
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Liviyanın Sahil Mühafizəsi Xidməti Homs şəhərinin sahilləri yaxınlığında 158 miqrantın olduğu qayıığı saxlayıb.

Milli.Az European-a istinadən bildirir ki, miqrantlar İtaliyaya yollanmaq istəyirdilər. Onların arasında 34 qadın və 9 uşaq var.

Miqrantlara yardımla məşğul olan "Proactiva Open Arms" (POA) isə bəyan edib ki, Liviyalı hərbçilər miqrantların qayıqdan təlxiyyə edəndən sonra qayığı batırıblar. Halbuki onlar iki qadının və bir uşağın suda olduğunu görüblər.

Mənzil-qərargahı İspaniyanın Barselona şəhərində yerləşən POA üzvləri qadınldardan birini xilas ediblər. Jozefina adlı həmin qadın məruz qaldığı şokdan ağlını itirib.

Jozefinanın Kamerundan olduğu deyilir.

Jurnalist Annalisa Kamilli yazıb: "Bu kamerunlu qadın özünü masaya bağladığı üçün sağ qalmışdı. O, ağlını itirib. Qadını 25 yaşlı Xavyer Filqeyra xilas etdi".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Miqrant faciəsi: ölümə buraxıldı, ağlını itirdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.