Maraqlı

Zalımlarla birlikdə yaşamaq – insan üçün bədbəxtlikdir

19 İyul 2018 22:50
0 Şərh     Baxış: 1 214
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quran buyurur: "Və (Qiyamət günü hesab üçün) hamılıqla Allahın hüzurunda zahir olarlar. Beləliklə, (dünyada dərrakə baxımından) zəiflər təkəbbürlülərə deyərlər: "Biz sizə tabe idik, bizdən Allahın əzabından (az da olsa) bir şeyi dəf edərsinizmi?".

Onlar deyərlər: "Əgər Allah (dünyada) bizə hidayət qismət etsəydi, biz də mütləq sizi hidayət edərdik, ya əgər burada bizi nicat yoluna hidayət etsə, biz də sizi hidayət edərik; bizim üçün istər (ah-zar edib) dözümsüzlük göstərək, istərsə də səbir edək - birdir, bizə heç bir çıxış yolu yoxdur"". ("İbrahim" 21).

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Allah Təala sonrakı ayədə buyurur: "Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır". ("22).

Ona görə də İmam Hüseynin (ə) Kərbəlada etdiyi ilk xütbədə bu həqiqəti dərk edə bilirik. Həzrət bu xütbədə buyurmuşdu: "Məgər görmürsünüzmü ki, haqqa əməl olunmur, batildən uzaqlaşılmır? Bu halda yaxşı olar ki, mömin İlahi liqanı istəsin. Mən ölümü xoşbəxtlikdən başqası bilmirəm. Zalımlarla yaşamağı isə bədbəxtlikdən başqası  bilmirəm".

Həqiqətən də, əgər mömin zalımın etdiklərinə razı olsa və onunla birlikdə yaşasa, onun səhvlərini deməsə, əmr-be-məruf və nəhy-əz-munkər etməsə - onun əməllərinə şərik olar və axirətini bada verər.

Zalımla birlikdə yaşamaq həqiqətən də xarlıq və zillətdir.

Mömin isə zillətə boyun əyməz və ona tabe olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.