Maraqlı

Vertikal uçuşlu təyyarə konsepti təqdim edilib

19 İyul 2018 08:15
0 Şərh     Baxış: 1 177
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyanın "Aston Martin" avtomobil istehsalçısı "Volante Vision Concept" özəl təyyarə konseptinin yaradılması üçün Krenfild Universiteti və "Cranfield Aerospace Solutions" və "Rolls-Royce" şirkətləri ilə səylərini birləşdirib. Bu barədə şirkətin press-relizində deyilir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, 3 nəfərlik sərnişin tutumuna malik "Volante Vision Concept" vertikal uçuşlu təyyarə olmaqla hibrid mühərrik və avtopilotla təchiz edilib.

Konseptin yaradılması səbəblərindən danışan "Aston Martin" şirkətinin direktoru Endi Palmer bildirib ki, urbanizasiyaya məruz qalmış yerlərdə əhali sayının çoxalması ilə əlaqədar olaraq şəhərlərin yüklənməsi artır. "Biz tıxaclar, ətraf mühitin çirkləndirilməsi və mobillilik ilə bağlı problemlərin həlli üçün alternativ variantlar təqdim etməliyik. Hava ilə hərəkət gələcək nəqliyyatın əsas hissəsi olacaq. Yüksək sinifli servislə təchiz olunan "Volante Vision Concept" bütün problemlərin öhdəsindən gələcək", - şirkət direktoru qeyd edib.

Onun sözlərinə görə, şəhərlərin ərazisi genişləndikcə, evdən işə çatmaq üçün lazım olan vaxt da artır. Onun fikrincə, insanlar ən tez və rahat nəqliyyat növü axtaracaq və "Volante Vision Concept" təyyarəsi onlardan biri olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.