Maraqlı

Robot bağban otaq bitkilərinə qulluq edəcək

19 İyul 2018 08:59
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Vincross" şirkəti tərəfindən yaradılmış robot bağban otaq bitkilərinə qulluq edir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, yeni robot kiçik kraba oxşar "Hexa" robotunun təkmilləşdirilmiş versiyasıdır. Günəş işığından məhrum olan və susuzluqdan tələf olan otaq bitkisi istehsalçını bu robotu yaratmağa sövq edib. Sözügedən robot bitkilərə hərəkət etməyə və əlverişli şəraitə malik yerlər tapmağa imkan verir.

Təkmilləşdirilmiş robot bitkinin ehtiyaclarına uyğun olaraq onu gün işığı düşən tərəfə apara və ya kölgədə saxlaya bilər. Robot bağban, həmçinin bitkini sulamaq lazım gəldikdə "ayaqlarını" yerə vurur, bitki özünü xoşbəxt hiss etdikdə isə rəqs edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.