Maraqlı

Skype-da danışıqları yadda saxlamaq mümkün olacaq

19 İyul 2018 08:41
0 Şərh     Baxış: 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Skype" videomessencerinin növbəti yeniləməsində səsli və videozənglərin yazılması funksiyası əlçatan olacaq. Bundan əvvəl danışığın səs yazısını əldə etmək istəyən istifadəçilər kənar, əsasən pullu xidmətlərdən (məsələn, "Avaer") istifadə etmək məcburiyyətində idilər.

Milli.Az ICTnews-a istinadən bildirir ki, həmsöhbətlərdən biri danışığı yadda saxlamaq istədikdə digər həmsöhbətə bu haqda bildiriş göndəriləcək. Səs yazıları "bulud" saxlama sistemində saxlanıldığına görə onları istənilən qurğudan ("Windows", "Mac", "iOS", "Android" və hətta "Linux") dinləmək mümkün olacaq.

"Skype" proqramının yeni versiyası cari ayın sonuna kimi təqdim olunacaq.

Cari ilin yazında "Microsoft" korporasiyası "Android" mobil sistemi üçün "Skype" proqramının yüngül versiyasını təqdim edib. Proqram zəif qurğularda daha yaxşı işləyir, görüntü və səs daha yüksək keyfiyyətdə ötürülür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.