Maraqlı

YouTube-da yeni funksiya istifadəyə verib

19 İyul 2018 08:21
0 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"YouTube" videohostinq platforması tərəfindən istifadəyə verilmiş "Copyright Match" aləti müəllif hüquqlarını pozan videoçarxların axtarışı üçün nəzərdə tutulub.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, videonun müəllifi öz çarxını alətə yükləyə bilər, həmin alət isə informasiyanı skan edərək sizin videoya oxşar məzmunu göstərəcək. Bundan sonra, sadəcə, xidmətin komandasına şikayət etmək qalır.
 
Bu xidmət yenidən yüklənmiş (yəni oğurlanmış) videolarla mübarizə aparmaq üçün hazırlanıb. İstifadəçilər "YouTube"dan videonu silməyi tələb edə, həmçinin videonu yükləmiş şəxslə birbaşa əlaqə yarada bilərlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.