Maraqlı

Elektromobil 10 dəqiqəyə enerji ilə dolacaq

19 İyul 2018 08:01
0 Şərh     Baxış: 1 115
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin "Chakratec" startapı elektromobili 10 dəqiqəyə enerji ilə doldurmağa imkan verən enerjidoldurma stansiyası təqdim edib.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, İsrail startapı "General Motors" şirkəti tərəfindən 2023-cü ilədək satışa 20 elektromobil modeli çıxarmaq üçün cəlb olunub.
 
Bildirilir ki, hazırda istənilən elektromobil istehsalçısı üçün əsas problemlərdən biri enerjinin doldurulması üçün tələb olunan vaxtdan ibarətdir. Hətta ən yaxşı enerjidoldurma məntəqələrində boşalmış batareyanı doldurmaq üçün minimum 40 dəqiqə lazımdır. Bu, yanacaqdoldurma məntəqəsində 5 dəqiqə sərf etməyə adət edən sürücülər üçün çox uzun vaxt hesab olunur.
 
"Chakratec" startapının baş direktoru İlan Ben-David bildirib ki, şirkətin yeni həlli bütün müasir elektromobillər üçün uyğundur və ondan adi yanacaqdoldurma məntəqələri də istifadə edə bilər. Bunun üçün orada kinetik enerjini elektrikə çevirən nazim çarxlı "Chakratec" enerjidoldurma stansiyalarının quraşdırılması tələb edilir.
 
"Hazırkı akkumulyatorlar ekoloji cəhətdən təmiz deyil və telefon və ya noutbuk batareyaları kimi tez sıradan çıxırlar. "Chakratec" texnologiyası əsasında enerjidoldurma stansiyası, əksinə, 20 ilədək işləyəcək və istismarı bir neçə dəfə ucuz olacaq", - baş direktor qeyd edib.
İsrail startapı artıq Avropada xidmətlər göstərməyə başlayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.