Maraqlı

İranda nə üstündə şallaqlana bilərsən?

17 İyul 2018 23:05
2 Şərh     Baxış: 2 716
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cannes film festivalında öpüş görüntüsü yayılan iranlı aktrisanın şallaqlanması üçün İranda kampaniya başladılmışdı. Şallaqlanma İranda adi haldır. Tom de Castella insanı qamçıya tuş gətirəcək günahları araşdırıb.

Normal fransızsayağı görüş idi əslində. Festivalın prezidenti Gilles Jacob Oscar qazanmış Bir Ayrılıq (A Seperation) filmindən tanınan aktrisa Leyla Hatəmini yanağından öpüb. Aktrisa Öpüşü adi qəbul etdiyinə görə, ölkəsində dindarlar tərəfindən tənqidlərə məruz qalıb.

Radikal tələbələr onu "ictimaiyyət arasında yad kişini öpərək günah iş törətməkdə" ittiham ediblər və cinayət məcəlləsinin ictimai əxlaqa nəzarət edən 638-ci maddəsi əsasında şallaqlanmasını istəyiblər.

İranda qamçıdan qaçmaq üçün zina, ictimai yerlərdə öpüş, oğurluq, homoseksual davranışlar, alkaqollu içkilərin qəbulu və satışı və küfrdən qaçmalısan. Günahkarlar adətən sayı 10 və 100 arası dəyişən bir metrlik qamçılarla kürək hissədən şallaqlanırlar. London Universitetinin Şərq və Afrika Elmləri Məktəbindən İran qanunları üzrə mütəxəssis Anicee Van Engelanda görə, ağrı o qədər güclü olur ki, onlar yeddi və ya səkkizinci qamçıdan sonra, huşlarını itirirlər.

BBC Farsca Xidmətindən Faranak Amidi deyir ki, təqsirkarı alçaltmaq məqsədilə cəza ənənəvi olaraq ictimai meydanda yerinə yetirilirdi, amma indi tez-tez polis bölməsində həyata keçirilir. Bu, gənclərin qarşı cinslə qanayıb-qarışmasın görə verilən ümumi cəza yöntəmidir, o söyləyir. O, özü də iştirak etdiyi qonaqlıqda baş tutan polis reydindən sonra, 10 qamçı cəzası alıb. Lakin cərimə vermək variantını seçib. Bir qohumu isə oxşar günah üstündə 100 şallaq alıb və xəstəxanaya yerləşdirilib.

Şallaq həmçinin, ölüm hökmü və ya ölənə qədər daşlanma ilə müşayiət olunan zina və bənzəri günahlara görə "yumşaq" cəza növü kimi istifadə oluna bilər, Van Engeland deyir. 18 yaşına qədər uşaqlar isə bu cəzadan azaddır.

Əl-ələ gəzən xaricilərə bu cəza verilmir, amma bir müsəlman ilə cinsi əlaqədə olan xarici şallaqlana bilər.

Amnesty International-dan Tom Daviesə görə, şallaqlama işgəncə növü kimi qəbul edilir və beynəlxalq qanuna əsasən qadağandır. Fiziki zədə ilə yanaşı, bu, uzunmüddətli psixoloji travmaya səbəb ola bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.