Maraqlı

Ancelina Coli yardıma ehtiyacı olan iraqlı ailəni tək buraxmadı

17 İyul 2018 16:56
0 Şərh     Baxış: 1 437
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur Hollivud ulduzu Ancelina Coli İraqdakı "Domiz" qaçqın düşərgəsinə üçüncü dəfə səfər edib.

Milli.Az ölkə.az-a istinadən  xəbər verir ki, düşərgədə yaşayan və yardıma ehtiyacı olan ailəni diqqətlə dinləyən Ancelina yardım çağırışı edib.

Suriya müharibəsindən qaçıb düşərgəyə sığınan Ronia və uşaqları ilə tanış olan Ancelina uşaqların xüsusi qayğıya ehtiyacı olduğunu bildirib.

Uşaqlarına baxmağa çalışan dul ana Ronia deyib: "Uşaqlarım xəstə olmasaydı, yaxşı olardı. Amma bu xəstəlik bizi əldən salıb".

Məlum olub ki, 5 uşaqdan ikisi talassemiya xəstəsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.